20 Yanvar 2016 10:21
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda keçirilən ənənəvi Dünya Təhsil Forumunda iştirak edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov beynəlxalq tədbir ilə bağlı təəsüratlarını bölüşüb.

Nazir qeyd edib ki, Dünya Təhsil Forumu hər il təhsil siyasəti ilə məşğul olan mütəxəssisləri, nazirlikləri və onların rəhbərlərini, beynəlxalq təşkilatları və institutları, ali təshil müəssisələrini bir araya gətirən genişmiqyaslı tədbirdir. Bu il 90-dan çox ölkənin təhsil nazirləri forumda iştirak edib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi artıq bu foruma üçüncü dəfədir ki qatılır.

Nazir deyib ki, forumun ölkəmiz üçün əhəmiyyətini iki əsas istiqamətə bölmək olar. Birinci istiqamət ondan ibarətdir ki, bir çox dövlətlərin və cəmiyyətlərin təhsil siteminin qarşısında duran vəzifələr oxşardır və bunlara bələd olmaq, bu müzakirələrdə iştirak etmək, həmin uğurlu təcrübələrin ökəmizə tətbiqi potensialını dəyərləndirmək Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. İkinci istiqamət isə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nailiyyətləri forumda bölüşmək və dünyanın təhsil ictimaiyyətinə çatdırmaq böyük bir nailiyyət kimi qiymətləndirilə bilər.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bu istiqamətdə sistemli işlər həyata keçirilir. Ölkəmizin təhsil sistemini təkmilləşdirmək, Azərbaycanın iqtisadi və sosial maraqlarını təmin edəcək mütəxəssislər yetişdirmək əsas məqsədlərdəndir.

M.Cabbarov qeyd edib ki, forumun sessiyasında ölkəmizdə təhsil sahəsində görülən işlər barədə məlumat verib. Azərbaycanın təhsil sahəsindəki təcrübəsi, xüsusilə son illərdə dövlətimizin başçısının təşəbbüsü ilə müəllimlərin iş fəaliyyətinin və şəraitinin təkmilləşdirilməsi, bu istiqamətdə görülən işlər sessiya iştirakçılarında böyük maraq doğurub./AZƏRTAC/


Müəllif: