20 Yanvar 2016 10:59
348

Dənizdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, yanvar 16-sı saat 18:10 radələrində Xidmətin Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə bir ədəd qayığın 3 nəfər balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.

Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Neftçala rayon Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıb.


Müəllif: