20 Yanvar 2016 14:00
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ukraynanın Milli Televiziya və Radio şuraları arasında əldə olunmuş razılaşmanın icrasına uyğun olaraq Ukraynanın UA/TV telekanalının yanvarın 19-dan Azərbaycan ərazisində yayımına başlanılıb.


APA-nın Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, müvafiq olaraq Azərbaycan Dövlət Televiziyası da Ukrayna ərazisində yayımlanacaq.

“Bu vacib bir hadisədir. Çünki Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı Ukraynadakı hadisələri azərbaycanlılar birbaşa Ukrayna kanalı vasitəsi ilə izləyə biləcəklər. Hazırda yayım Azərbaycanın əsas kabel televiziyalarından olan «KATV1» vasitəsi ilə həyata keçirilir. Yaxın günlərdə kanalın «ATV +», «BBTV», «Connect», «Aile TV» kimi operatorlar vasitəsi ilə yayımı gözlənilir”, - deyə səfirliyin açıqlamasında bildirirlir.


Müəllif: