21 Yanvar 2016 22:22
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəikili, birinci xanım Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mükafata Birinci Avropa Oyüunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi geniş miqyaslı fəaliyyətə Azərbaycan və Dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasına verdiyi töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya "ilin adamı" mükafatını təqdim etmişdi.


Müəllif: