23 Yanvar 2016 08:34
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda yanğın hadisəsi qeydə alınıb.


Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Quxuroba kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə və 2-ci mərtəbəsində aynabəndin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: