26 Yanvar 2016 08:16
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın "Kyocera Corporation" elektronika istehsalçısı dünyanın nəhəng günəş elektrostansiyasının tikintisinə başlayıb. Gücü 13,7 meqavat təşkil edəcək elektrostansiya Yamakura bəndinin su anbarında üzəcək.

Elektrostansiya 2018-ci ilin martın sonunda istifadəyə veriləcək. 180 min kvadratmetr ərazidə yerləşən 50904 270 vatt özəkdən ibarət elektrostansiya işə salındıqdan sonra ildə 16170 meqavat-saat enerji generasiya edə biləcək.

Bu, 19 min barel neftə bərabərdir və 5 min evi elektrik enerjisi ilə təmin etməyə kifayət edir.


Müəllif: