25 Yanvar 2016 19:52
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də saat 11.00-da Siyəzəndə vətəndaşları qəbul edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.


Müəllif: