26 Yanvar 2016 11:51
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuğ teatrı fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.

Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən Yuğ Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.

Nərmin


Müəllif: