26 Yanvar 2016 18:53
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Gənclər Fondu qrant dəstəyi hesabına “Gənclik və maarifçilik” İctimai Birliyi gənclərin sahibkarlıq sahəsində maarifləndiriliməsi məqsədi ilə “Gənc sahibkar” layihəsini başa çatdırıb.

Birlikdən Teleqraf.com-a verilən xəbərə görə, 4 ay ərzində icra edilən layihə çərçivəsində gənclərə sahibkarlıq fəaliyyəti barədə zəruri biliklər verilmiş, onlarla bu istiqamətdə təşviqat xarakterli işlər aparılmışdır. Layihə çərçivəsində müxtəlif universitetlərdən olan gənclərə xüsusi təlim proqramı əsasında qısamüddətli təlim kursları keçirilib. Bu təlimlərdə gənclərə sahibkarlıq fəaliyyətinin mahiyyəti, hüquqi bazası, biznesin təşkili və idarəedilməsi, innovasion sahibkarlıq, müasir texnologiyalar əsasında biznesin aparılması, İnternetin biznes imkanları, startaplar və s. mövzularda məlumatlar verilib, praktik biznes fəaliyyətə başlamaq üçün yol xəritəsi izah edilib.

Layihə çərçivəsində 40 nəfər gənc təlimlərə cəlb edilib. Layihənin icrası göstərib ki, gənclərin bu sahəyə böyük marağı var. Ölkəmizdə bu gün qeyri-neft sektoru və sahibkarlığın inkişafına dövlət dəstəyinin verilməsi baxımından gənclərin bu istiqamətdə maariflənməsi gələcəkdə biznes və özəl sektorun yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə imkan yaradır.

SEVİL


Müəllif: