29 Yanvar 2016 11:38
474

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Gənclər Günü münasibəti ilə tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə akademiyanın rəisi general-mayor Araz Məmmədov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və “İrəli” İctimai Birliyini sədri Mirhəsən Seyidov çıxış edərək müstəqilliyimizin ilk illərində dövlət qayğısından məhrum olan gənclərin ictimai-siyasi proseslərə daha fəal qoşulması üçün Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çoxsaylı dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsini, 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yara­dıl­masını, Ulu Öndərin 1997-ci ildə imzaladağı sərəncamla 2 fevral - Azərbay­can Gənc­ləri gününün elan edilməsini xüsusi vurğulayıblar.

Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclər siyasəti çərçivəsində müxtəlif dövrləri əhatə edən Dövlət Proqramlarının həyata keçirilməsi, “2015-2025–ci illərdə Azərbaycan gənc­­lərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, təhsili, ictimai-faydalı əməklə məşğulluğu, istirahəti üçün yüksək şəraitin yaradılması sayəsində bu gün Azərbaycan gəncliyinin ölkəmizin dinamik inkişafına əhəmiyyətli töhfələr verdiyi qeyd olunub.

Tədbirdə Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinə göstərilən diqqətin uğurlu nəticələri barədə də ətraflı danışılıb, əksəriyyəti gənclərdən ibarət olan Dövlət Sərhəd Xidməti əməkdaşlarının Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətindəki fədakar xidmətlərinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyi vurğulanıb.


Müəllif: