29 Yanvar 2016 12:23
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mədəniyyət və Turizm Nazirliyində ötən ilin axırında islahatlar keçirildi, şöbələr dəyişdirildi. Bu proses davam edəcək, işləməyən müəssisələr ixtisar olanacaq”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, rəhbərlik etdiyi qurum işlək və müasir üsullarla çalışan təşkilatların inkişafına təkan verəcək. O, bildirib ki, Bakıda növbəti xalça simpoziumu keçiriləcək: “Bu sahədə müvafiq təşkiltlarla əməkdaşlıq edəcəyik. Amma mən sahibkarlara üzümü tutub demək istəyirəm ki, bu çağırış dövlət tərəfindən olmamalıdır. Bu, yeni biznes fəaliyyəti olmalıdır”.

Nərmin


Müəllif: