29 Yanvar 2016 23:39
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son zəng"in dəqiq tarixi açıqlanıb.

Bu il ümumtəhsil məktəblərində “Son zəng” iyunun 14-ü keçiriləcək. Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Bununla əlaqədar olaraq, “Son zəng" tədbiri də sonuncu dərs günü, iyunun 14-də keçiriləcək.


Müəllif: