31 Yanvar 2016 00:21
431

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m və bir otağı 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: