31 Yanvar 2016 18:20
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda ictmai-siyasi həyatın bütün sahələrində gənclərin böyük rolu var”.

Bunu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin gənclərlə görüşünə münasibət bildirərkən deyib.

H.Babaoğlu qeyd edib ki, hələ 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycan Respublikasının dövlət gənclər siyasəti var:

“Gənclərin intellektual potensialının dövlət maraqları istiqamətində səfərbər edilməsi üçün Gənclər və İdman Nazirliyi yaradıldı. İctimai-siyasi həyatın müxtəlif sahələrində ayrı-ayrı institutlaşma səviyyəsində də gənclərin təşkilatlanması həyata keçirilir. Bütün bunların məqsədi Azərbaycanın gələcəyinin təminatçısı olan yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların potensialından milli və dövlət maraqları üçün istifadə edilməsidir”.

H.Babaoğlu deyib ki, 2 fevralın ayrıca Gənclər Günü kimi elan olunması da məhz dövlət gənclər siyasətinin tərkib hissəsidir:

“Bu münasibətlə cənab Prezident İlham Əliyev bir qrup Azərbaycan gəncləri ilə görüşdü və gənclər təltif olundu. Hesab edirəm ki, bu, gənclərin gələcək fəaliyyətinin stimullaşdırılması baxımından olduqca əhəmiyyətli bir addım idi. Azərbaycan gəncliyi dövlət gənclər siyasətindən qürur duymalıdır və öz güclərini milli maraqarımızın həyata keçirilməsi üçün səfərbər etməlidir”./trend.az/


Müəllif: