10 İyun 2014 10:27
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bir neçə rayonda müəyyən müddət təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Teleqraf.com-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat daxil olub.

Məlumata görə, bu gün saat 13:00-dan 15:00-dək Neftçala və Salyan rayonlarının bir hissəsinə, saat 13:00-dan 18:00-dək Şamaxı rayonunun bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12:00-dək Xaçmaz rayonunun bir hissəsinə, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Yevlax və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

NİGAR


Müəllif: