10 İyun 2014 10:55

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 20-də saat 11:00-da Samux rayonunda Samux, Göygöl, Yevlax, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 022-265-01-17, 022-265-00-39) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.


Müəllif:
Загрузка...