10 İyun 2014 11:05
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən iyunun 13-dək Bakı şəhərinin orta məktəblərində müəllimlərin sınaq qiymətləndirilməsinə başlanıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Teleqraf.com-a verilən məlumata görə, sınaq qiymətləndirmə 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq.

Bu gün ilkin olaraq saat 10.00-dan 12.30-dək rus dili və ədəbiyyat (rus bölməsində), sonra isə 15.00-dan 17.30-dək ibtidai sinif, təsviri incəsənət və rəsmxət müəllimlərinin biliyi yoxlanılacaq.

İyunun 11-də riyaziyyat (10.00-12.30), Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla,15.00-17.30), iyunun 12-də ingilis dili (10.00-12.30), informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya (15.00-17.30), iyunun 13-də isə fizika, kimya, coğrafiya, musiqi, fransız dili (10.00-12.30), fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində,15.00-17.30) müəllimlərinin bilikləri sınanacaq.

İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib.

Bakı müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30072 nəfər müəllimi iştirakı gözlənilir. Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən 1620 nəfər, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərindən 592 nəfər, BŞTİ-nin tabeliyində olan tam orta məktəblərdən 27007 nəfər, BŞTİ-nin tabeliyində olan xüsusi gündüz ümumtəhsil məktəblərindən 815 nəfər, BŞTİ-nin tabeliyində olan axşam qiyabi məktəblərindən 28 nəfər, BŞTİ-nin tabeliyində olan islah əmək düşərgəsindən 10 nəfər müəllimin sınaq qiymətləndirilməsində bilikləri yoxlanılması nəzərdə tutulub.

SEVİL


Müəllif: