2 Fevral 2016 22:35
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 fevralda Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü münasibətilə Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.

İnstitutdan Teleqraf.com-a iclası giriş sözü ilə açan institutun direktor əvəzi vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu bildirib ki, 20 ilə yaxındır ki, 2 fevral tarixi ölkədə Gənclər günü kimi qeyd edilir. Heç bir ölkədə Gənclər günü Azərbaycandakı kimi yüksək səviyyədə qeyd edilmir. Hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər günü kimi qeyd edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətçiliyin inkişafında, ölkənin beynəlxalq nüfuzunun daha da artmasında Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür. Daha sonra söylədi ki, Dilçilik İnstitutunun tarixində bir çox alimlər olub ki, onlar öz uğurlarını gənclik illərində qazanıblar. Akademik Ağamusa Axundov 24 , Tofiq Hacıyev 26 yaşında namizədlik dissertasiyaları müdafiə ediblər. Bu alimlər institutun tarixində dərin izlər buraxmış korifeylərdir”.
Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasını sədri filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov bu günün tarixindən bəhs etdi. Bildirib ki, cənab prezident İlham Əliyevin bu gün Azərbaycan gənclərinə diqqəti böyükdür. Biz onun etimadını doğrultmalı, dilçilik elmi sahəsində öz fəaliyyətimizi birləşdirməliyik.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasını sədr müavini dosent Təranə Şükürlü çıxış edərək qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Güc və qüvvətin, mübarizə və əzmin zirvədə olduğu bir dövrdür.

Bizim gənclik illərimiz bu institutuda keçib. Biz öz sələflərimizdən hər zaman diqqət, qayğı görmüşük”.
Sonra gənc alim Şəbnəm Həsənli vurğuladı ki, bu gün həm də akademik Ağamusa Axundovun doğum günüdür. Ş.Həsənli A.Axundovun onun bu institututa gəlişi zamanı göstərdiyi qayğını xüsusilə vurğuladı.
Həmçinin professor Sayalı Sadıqova, dosentlər Teyyub Quliyev, Elçin İsmayılov və institutun direktor müavini Baba Məhərrəmli tədbirdə çıxış etdilər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər