5 Fevral 2016 13:44
439

“10 il ərzində Komitəyə 30 minə yaxın müraciət daxil olub. Onların 19839-u ərizə, 2866-sı müalicə və müayinə olunma, 2687-si işlə təminat, 2374-ü mənzil şəraitinin yaxşılaşdırılması, 3426-sı maddi yardım verilməsi ilə bağlı olub. Müraciətlərin 7796-sı şikayət formasındadır, 24 –ü isə təklifdir”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O, ildən-ilə müraciətlərin sayının artdığını vurğulayıb.
T.İbrahimova bildirib ki, ərizələri təhlil edərkən, bəzi məsələlər üzrə müraciətlərin təkrarlandığını müşahidə edirlər:

“İşlə təminat, maddi yardım, mənzil şəraitinin yaxşılaşdırılması və səhiyyə problemləri ilə bağlı xeyli müraciət daxil olub. Komitəyə daxil olan şikayətlər sırasında məhkəmə qərarlarının icrasının təmin edilməməsi ilə bağlı problemlər üstünlük təşkil edir. 10 il ərzində onların sayı 2107 olub. Məişət zorakılığı halları ilə bağlı 1593 müraciət olub. İnzibati orqanlarının yaratdığı problemlərlər bağlı 10 il ərzində 1284 müraciət olub. 132 məhkəmə prosesində komitə iştirak edib və uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində kömək edib. Yetkinlik yaşına çatmayanaların ailə qurması halları ilə bölgıələrdə tez-tez rastlaşırıq. Bu problemin həlli ilə bağlı Milli Məclisdə qanunların qəbul edilməsi çox böyük dəstəkdir. Dünyada qadınların parlamentdə təşçkili 19 % təşkil edir. 10 il ərzində aparılan işlər nəticəsində ölkəmizdə bu göstərici 16.7 %-ə çatıb”.

İlhamə


Müəllif: