10 İyun 2014 14:00
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin indiki Ermənistan dövlətinin İrəvan, Göyçə, Zəngəzur kimi əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına qeyri-adekvat reaksiya verir.

Bunu Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Bakıda keçirilən “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” adlı beynəlxalq konfransda bəyan edib.

Teleqraf.com-un məlumatına görə, administrasiya rəsmisi qeyd edib ki, Ermənistan rejiminin cinayətlərindən biri də yalanlar uyduraraq öz xalqını cəhalət içində saxlamağa çalışmasıdır: “İş o yerə çatıb ki, hətta erməni mənşəli xarici alimlər belə şikayətlənirlər ki, rəsmi İrəvan onların öz tarixlərini araşdırmasına imkan vermir. Onlara deyirlər ki, sizin tarixi tədqiq etməyinizə gərək yoxdur, bunu Ermənistanda özümüz edəcəyik. Siz isə sadəcə bizim versiyalarımızı dünyaya yaymalısınız”.

Bu səbəbdən, sektor müdirinin fikrincə, Azərbaycanın əsas məqsədi həmin tabunu dağıtmaq və erməni xalqına əsl həqiqəti çatdırmaqdan ibarət olmalıdır: “Özünə hörmət edən tarixçilər heç vaxt tarixi faktları nə şübhə altına alır, nə də onları alt-üst çevirirlər. Ermənistanda isə əksinə, öz fərziyyələrini əsaslandırmaq üçün danılmaz faktları təhrif edirlər.

Tutaq ki, bütün dünyanın tarix dərsliklərində 1939-cu il sentyabrın 1-də Hitlerin Polşaya hücum etdiyi yazıldığı halda, İrəvanda bu faktı heç nədən çəkinmədən tam tərsinə təqdim edə bilərlər”.

Naibə


Müəllif: