6 Fevral 2016 10:25
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq Baki Dairəvi-1 Avtomobil yolunun "Şamaxinka" deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

Teleqraf.com-un məlumatına görə, təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.


Müəllif: