Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Ələsgər Abdullayev Yeni Gəncə qəsəbəsində yaşadığı mənzildə boğularaq ölüb. Qonşular evdən qoxu gəldiyini və onun qapını açmadığını görüb FHN-nin xilasetmə xidmətinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər qapını açaraq mənzilə daxil olublar və Ə. Abdullayevin qaz sobasındakı qazanın yanması nəticəsində yaranan tüstüdən boğulduğunu müəyyən ediblər. Məlumata görə, o evdə tək yaşayıb.
Qeyd edək ki, Ə. Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında uroloq işləyib.