Twitter sosial şəbəkəsindən verilən açıqlamada ötən ilin ortasından bu günə qədər terrorizmi dəstəkləyən və ya təhdid edici mesajlar yazan 125 mindən çox hesabın fəaliyyətini dayandırıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Dayandırılan 125 min hesabdan başda İŞİD terror qruplaşması ilə bağlantılı olduğu açıqlanıb.
Açıqlamada “Dünya çapında çox sayda insan kimi biz də radikal düşüncəli qruplaşmaların törətdikləri vəhşilik qarşısında dəhşətə gəlirik. Twitter qanunları bu cür davranışları qəbul etmir” deyə yazılıb.