Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) müstəqil-araşdırmaçı jurnalistlər (“Freelance” ) üçün veb seminar keçirəcək. Seminarda ekspet qismində Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) təmsilçisi, freelance jurnalist, BJF ekspert qrupunun üzvü Mike Holderness və Almaniya Jurnalistlər Birliyinin (DJV) təmsilçiləri çıxış edəcəklər.
Teleqraf.com xəbər verir ki, seminar müddətində “Freelance” jurnalistlərin hüquqları, onların fəaliyyətlərinin realizə edilməsi, rastlaşdıqları problemlər və çıxış yolları barədə əhəmiyyətli bilgilər veriləcək. Həmçinin, veb-seminara qoşulanların mövzu üzrə sualları cavablandırılacaq. Seminarlar 10 fevral 2016-cı il tarixdə, Azərbaycan vaxtı ilə saat 17/00-da keçiriləcək.
Veb-seminarların izlənilməsi və müzakirələrə qatılmaq prosedurunu Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyasının (EFJ) ayrı-ayrı ölkələr üzrə yerli üzv təşkilatları həyata keçirəcəklər. Azərbaycanda təşkilatçı qismində İFJ və EFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) çıxış edir. Veb-seminara qatılmaq istəyənlər üçün JuHİ ofisində şərait yaradılacaq.
Cavidan