10 İyun 2014 16:06
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 21 nəfər insan alveri qurbanına və 12 nəfər insan alverinin potensial qurbanına müxtəlif formada yardımlar göstərib.

Teleqraf.com-un məlumatına görə, qeyd olunan şəxslərdən 3 nəfərinə maliyyə yardımı göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon ƏSMM-nə, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib.

Habelə 6 nəfərə psixoloji, 2 nəfərə tibbi, 17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfər belə şəxsin övladı körpələr evi–uşaq bağçasına yerləşdirilib.

Naibə


Müəllif: