Həsənov Rəşad Nəriman oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gəncləri arasında Dövlət Rəmzlərinin Təbliği” adlı layihəsini həyata keçirir.
Layihə çərçivəsində artıq 2 təlim uğurla həyata keçirilib.
İlk təlim Qəbələ rayonunun Nicat Ağayev adına 4saylı tam orta məktəbində, ikinci təlim isə Qəbələ rayonunun Vahid Qəhrəmanov adına 1saylı tam orta məktəbində 9,10,11-ci sinif şagirdləri arasında yəni 14-17yaş arası 80 nəfər gənclə təlimlər baş tutub.
Layihənin əsas məqsədi regionlarımızda yaşayan gənclərə dövlət rəmzlərini təbliğ etmək, tanıtmaq, dərindən məlumatlandırmaq və dövlətimizin bu istiqamətdə işinə dəstək olmaqdır. Regionlarda təşkil olunan təlimlərdə dövlət rəmzləri olan bayraq, gerb, himn haqqında ətraflı məlumatlar verilib.
Təlimdən sonra təlimin effektiv və yaddaqalan olması üçün gənclərə təlimdə danışdıqlarımızı əhatə edən test tapşırıqları verilib, cavablar yoxlanılıb, diskursiya aparılıb və baryaq, kitabça və dəftərxana ləvazimatları paylanılıb.