9 Fevral 2016 16:41
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin baş onkoloqunun rəhbərliyi ilə Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti İsrailin üç ən böyük akademik tibb ocaqlarından biri olan Təl-Əviv Suraski Tibb Mərkəzinin dəvəti ilə İsrailə işgüzar səfərə gediblər.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfərin əsas məqsədi iki mərkəz arasında sıx əməkdaşlığın qurulması, onkoloji xəstələrə göstərilən diaqnostika və müalicə xidmətləri sahəsində təcrübə mübadiləsinin aparılması, əhali arasında mütəşəkkil profilaktika və maarifləndirmə proqramlarının təşkili və həyata keçirilməsi sahəsindəki uğurların paylaşılması, davamlı tibbi təhsil və elmi araşdırmaların birgə aparılması məqsədilə müvafiq platformanın qurulmasıdır.

Səfər zamanı Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti Təl-Əviv Suraski Tibb Mərkəzinin direktoru, müalicə işləri üzrə müavini və xəstələrin reabilitasiyası üzrə müavini, habelə uroonkologiya, ümumi cərrahiyyə, süd vəzi cərrahiyyəsi, Sarkoma mərkəzinin rəhbəri, şüa terapiyası və tibbi onkologiya şöbələrinin həkimləri, endokrinoloji törəmələr şöbəsinin kollektivi və digər mütəxəssislərlə görüşlər keçirilib.

Qeyd edək ki, 2015-ci ildə ABŞ-ın aparıcı onkoloji mərkəzi olan MD Anderson Xərçəng Mərkəzi ilə Milli Onkologiya Mərkəzi arasında onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi, davamlı tibbi təhsil, elmi tədqiqatların birgə aparılması sahəsində xüsusi saziş imzalanıb. Oxşar sazişlər Türkiyənin Hacıttəpə Universiteti, Qazi Universiteti, Belçikanın Səhiyyə Fondu ilə də imzalanıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər