10 Fevral 2016 09:53
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində yolların təmir-tikintisi aparılır. Qəsəbənin bir neçə küçəsində eyni vaxtda təmir-tikinti işləri həyata keçirilir.

Bu, uzunluğu 1,8 km, ortalama eni 8 metr olan Ağamalıoğlu, uzunluğu 0,8 km, ortalama eni 11 metr olan Sərdarov və uzunluğu 1,1 km, ortalama eni isə 8 metr olan Əbdülhəsən Babayev küçələridir. Bu barədə "Report"a "Azəryolservis" ASC-dən məlumat verilib.

Təmir-tikinti işləri çərçivəsində ümumi uzunluğu 3,66 km olan küçələrin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə təqribən 38 850 kv. metr sahəyə bir (6 sm ) və iki qat (11 sm) olmaqla, yeni asfalt beton örtüyünün döşənməsi işlərinin aparılması planlaşdırılır. Bundan başqa, bəzi ərazilərdə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, təqribən 4 min kv. m sahədə yeni yol əsası tikilib.

"Qeyd edilən küçələrin təmiri qəsəbə sakinlərinin gediş-gəlişini rahatlaşdırmaq məqsədi daşıyır. Çünki təmir olunan küçələr Zirə İdman Kompleksinin, orta ümumtəhsil məktəbinin və qəsəbə məscidinin qarşısından keçərək Ə.Babayev küçəsi ilə yenidən qəsəbənin mərkəzi küçəsi olan S.Ə.Şirvani küçəsində birləşir. Bundan başqa, həmin küçələrlə müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslar da keçirlər", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, “Azəryolservis” ASC Xəzər rayonu Zirə qəsəbəsinin təmir edilən küçələrinin təmiri işlərini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən layihələrə dəstək olmaq məqsədi ilə onlarla işsiz qəsəbə sakinini müvafiq işlə təmin edib.


Müəllif:

Oxşar xəbərlər