10 Fevral 2016 16:05
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

11-13 fevralda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək.

AMEA Rəyasət Heyətinin Aparatı İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, fevralın 11-i saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müsabiqənin açılış mərasimi olacaq.

Müsabiqə Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri üçün təşkil ediləcək.

SEVİL


Müəllif: