10 Fevral 2016 19:15
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə naziri Oqtay Şirəliyev fevralın 11-də saat 10:00-da Qazax Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, nazir Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Qazax Müalicə-Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilərlər.


Müəllif:

Oxşar xəbərlər