10 Fevral 2016 16:57
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda südtoplama məntəqəsinin inşası layihəsinin başa çatması ilə əlaqədar mərasim keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, mərasimdə rayonun Oruclu, Ağaməmmədli və Cəfərli kəndlərinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyinin rəsmiləri və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak ediblər.

R.Sekuta çıxışı zamanı süd toplama məntəqəsinin inşasının əməkdaşlığın nəticəsi olduğunu bildirib: “Bu üç icma öz prioritetlərini müəyyən etmək, plan hazırlamaq və həmin planı icra etmək məqsədilə saatlarla bələdiyyə və yerli icra hakimiyyəti nümayəndələri ilə çiyin-çiyinə işləyiblər. Oruclu, Ağaməmmədli və Cəfərli camaatı hökumət orqanları ilə birgə işləyərək nəyə nail ola biləcəklərinin şahidi oldular”.

Məntəqənin inşası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib, yerli qeyri-hökumət təşkilatı olan ÜMİD tərəfindən icra olunub.

Süd toplama məntəqəsinin inşasının əsas məqsədi həmin üç kənddən olan kiçik və fərdi təsərrüfatlardan süd toplamaq, saxlamaq və süd emalı müəssisələrinə satmaqdır. Bununla da istehsalçıların stabil və daha yüksək gəliri təmin olunacaq. Məntəqə süd istehsalçılarından toplanan südün keyfiyyətini analiz etmək üçün laboratoriya avadanlığı ilə təmin edilib. Bu, icmaların iqtisadi rifahının yaxşılaşdırılmasına töhfə verəcək, habelə süd istehsalçıları və rayondakı süd emalı müəssisəsi arasında ticarət əlaqələrinin yaranmasına kömək edəcək. Yeni məntəqə həmin kəndlərdə yaşayan 1200-dən artıq insanın həyat şəraitini və gəlir imkanlarını yaxşılaşdıracaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər