10 Fevral 2016 18:28
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 elmi istiqamət üzrə 271 iş üzərində elmi tədqiqat aparılıb

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsi 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat verib.

Bölmənin akademik-katibi Nərgiz Axundova İctimai Elmlər Bölməsi tərkibinə görə AMEA-nın ən böyük struktur bölməsidir. Onun tərkibində 8 elmi-tədqiqat müəssisəsi, 1 muzey fəaliyyət göstərir. Bölmə Elmi Tədqiqatların Təşkili və Əla-qələndirilməsi Şurasının 3 problem şurasına kuratorluq edir.

Hesabat ilində bölmə müəssisələri tərəfindən tədqiqatların dövlət proqramlarında göstərilən istiqamətlər üzrə aparıldığını bildirib.

2015-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycanın Quba-Xaçmaz bölgəsinin kəndlərinə etnoqrafik səfərlər, Qobustan rayonu ərazisində və dağətəyi Şirvan bölgəsinə etnoqrafik səfərlər təşkil edilib. Bundan başqa, “Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” Prezidentin Sərəncamına əsasən, institut tərəfindən müasir dünya standartlarına uyğun arxeoparkların yaradılması məqsədilə abidənin ətrafında qazıntılar aparılıb, elmə məlum olmayan onlarla arxeoloji abidələr aşkar edilib.

Tarix İnstitutunda “Azərbaycan tarixinin ümumi konsepsiyası” əsas elmi istiqamət üzrə elmi tədqiqat işləri aparıb. Bu təqdiqatlar tarixşünaslıq və mənbəşünaslıq, Azərbaycanın siyasi tarixi, sosial iqtisadi tarixi və digər istiqamətləri əhatə edib.

Nərgiz Axundova Şərqşünaslıq, Fəlsəfə və Hüquq institutlarının 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında da məlumat verib. Şərqin yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri, müasir dövrdə dinşünaslığın nəzəri məsələləri, dinlərin tarixi və fəlsəfəsi, Azərbaycan fəlsəfə, ictimai fikir və mədəniyyət tarixinin ən aktual, mübahisəli məsələlərindən danışıb.

Akademik-katib vurğulayıb ki, hesabat ilində bölmənin institutlarında ümumilikdə 8 elmi istiqamətin 33 problemi üzrə 117 mövzuda və 271 iş üzərində elmi tədqiqatlar aparılıb. Cari ildə 117 mövzudan 26-sı, 271 işdən 196-sı tamamlanıb.

Məruzəçi tədbirdə bölmənin elmi müəssisələrinin kadr potensialından da danışıb. Bildirib ki, bölmə üzrə elmi müəssisələrdə 1419 əməkdaş fəaliyyət göstərir ki, onlardan 786-sı elmi işçi, 90-ı elmlər doktoru, 381-i isə fəlsəfə doktorudur. Bundan başqa, bölmənin 5 həqiqi üzvü və 19 müxbir üzvü var. Bölmə üzvləri 2015-ci il ərzində 69 konfransda iştirak edib. 6 nəfər dövlət tərəfin¬dən təltiflərə layiq görülüb.

Bildirib ki, ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda ali təhsilin magistratura pilləsi yaradılıb və antropologiya ixtisası üzrə qəbul aparılıb.

Hesabat ilində İctimai Elmlər Bölməsinin demək olar ki, bütün institut və təşkilatlarında ali məktəblərin tələbə və müəllim kollektivi təcrübə kursları keçib.

Məruzə dinlənildikdən sonra İctimai Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar verilib. Bölməyə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubile¬yi¬nə həsr olunmuş ümumi yığıncaqdakı nitqindən irəli gələn vəzifələrin ictimai elmlər sahəsində tədqiqatların aparılması istiqamətində mühüm proqram kimi qəbul edilməsi barədə tapşırıqlar verilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər