10 Fevral 2016 19:52
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində fevralın 10-da keçirilən Böyük Britaniya-Azərbaycan universitetlərarası forumunda iştirak edir.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, forumda Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru Rebeka Haqs, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Böyük Britaniya-Azərbaycan universitetlərarası forumunun əsas məqsədi universitetlərarası əməkdaşlıq çərçivəsində ikili proqramların həyata keçirilməsi, tədqiqatyönümlü birgə fəaliyyət və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.

Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi gözlənilir.


Müəllif:

Oxşar xəbərlər