11 Fevral 2016 20:12
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizmini hazırlayır.

Təhsil naziri Mikayıl Cabbarov "Sabahın alimləri" V Respublika müsabiqəsinin açılışında çıxış edərkən deyib ki, ali məktəblərin fəaliyyət göstəriciləri yalnız tələbələrin sayı ilə ölçülməli deyil. Məktəblərin digər göstəricilərini ölçmək, onların elmi uğurlarının, cəmiyyətə verdiyi töhfələrin qiymətləndirilməsi üçün mexanizmlər hazırlanır: “Ümid edirik ki, bu, gələcəkdə bizim ali məktəblər üçün çox faydalı olacaq".

Nazir son illərdə olimpiada hərəkatına xüsusi önəm verilməsini də qeyd edib: “Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayı artır. Bu sayın gələcəkdə daha da artacağına ümid edirik” deyən nazir bildirib ki, bır sıra məşhur akademiklər artıq orta məktəblərdə dərs keçməyə başlayıblar.

NİGAR


Müəllif:

Oxşar xəbərlər