12 Fevral 2016 00:05
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoç - Çətin və qarışıq gündür. Başlağınız işə maksimum diqqətlə yanaşın. Tərəfdaş dəstəyi və ünsiyyətə tələbat artsa da, təmas dairəsini məhdudlaşdırın. Parlaq hadisələr və köklü dəyişikliklər zamanı deyil. Daxili rahatlıq və harmoniyaya nail olun.

Buğa - Məkanda yeni əhval və təmayüllər var. Əsas işləri başa vurun, nəticələrə baxın və yeni planlar qurun. Ünsiyyətə tələbat artır. Ümumi maraqlarınız olan insanlarla əlaqələri gücləndirin. Yeni ittifaq, əməkdaşlıq və işbirliyi qurmağın zamanıdır. Fəaliyyətinizi nizama salın, mühüm qərarlar verməyə, dəyişikliklərə tələsməyin.

Əkizlər - Kollektiv fəaliyyət üçün əlverişli zamandır. Hərəkətlərin dəqiq uyğunlaşdırılması, məsuliyyət və səlahiyyətlərin bölgüsü gərəkdir. Saatlar keçdikcə hadisələrin axarında bir qədər yavaşlama hiss olunacaq. İşdə gecikmə yaranacaq, məlumatların alınma prosesi uzanacaq.

Xərçəng - Fəaliyyətin konkret, praktik yönlərinə daha çox fikir verin. Mənfəət indi olmasa da, az sonra realdır. Axşam saatları alış-veriş üçün əlverişlidir. Stressdən qurtulmağa çalışın.

Şir - Əvvəl başladığınız işləri uğurla başa çatdırmaq istəyirsinizsə, ayrılığa və güzəştlərə hazır olun. Hadisələrin yeni mərhələsi ərəfəsində mənasız hisslər və gərəksiz əlaqələrdən qurtulun. Yorğunluq, təmir, profilaktika kimi məqamlar qabarır. Səhhətinizə fikir verin. Baş verənlərə diqqətlə fikir verin, zərurət duyulan məkanda və ya anda güzəştə getməyi bacarın.

Qız - Aldığınız məlumat və ya xəbəri təhlil edin. Təxirəsalmalar, əlavə söhbətlər, sizə tam inanmayan həmkarların yaratdığı maneələr olacaq. Ev işlərindən birini bitirin. İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın.

Tərəzi - Mənfəəti şübhə doğurmayan işə başlayın və onu yarımçıq qoymayın. Sizi maraqlandıran mövzuya bələd insanla daha çox ünsiyyətdə olun. Yazışın, danışıqlar aparın. Tərəfdaşın ümumi işə marağının azalmaması üçün əlaqələri səngitməyin.

Əqrəb - Qarşı tərəfin dediklərinə qulaq assanız, maraqları razılaşdırsanız, çətinlikləri dəf etmək olar. Maliyyə durumu ağırlaşa bilər. Qənaətcil olun, problemləri daha az vəsaitlə həll edin. Axşam saatlarına yaxın yaranan seçim zərurətində ənənəvi yanaşmadan vaz keçməyin, risk etməyin. Münasibətlər üçün asan zaman deyil.

Oxatan - Uğurlu və mənfəət vəd edən gündür. Çoxdan bəri həllini gözləyən problemi çözün. Əks təqdirdə qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyişdə ləngimələr və yerində saymalar olacaq. Cari işləri tərəfdaşla müzakirə edin. Ailə üzvlərinin məsləhətlərinə qulaq asın.

Oğlaq - Enerjinizi gərəkli məcraya yönəltsəniz, problemlər aradan qalxacaq. Fiziki işlə məşğul ola bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Belədə əhvalınızı yaxşılaşdırmaqla yanaşı, yuxusuzluqdan qurtula bilərsiniz.

Dolça - Emosional fon stabil deyil. Mübahisə və ixtilaf riski böyükdür. Adi vaxtlardan fərqli olaraq həddən ziyadə sərt danışmayın, kobudluq etməyin. Ətrafınızdakı insanlar belə yaramaz davranışa dözmək məcburiyyətində deyillər. Ailə üzvləri ilə belə, münaqişə yarana bilər. Sakitləşin, emosiyalarınızı cilovlayın.

Balıqlar - Gərəkli informasiya, insanlar özü gələcək, situasiya formalaşacaq. Sizə qalan təhlil etmək, sistemləşdirmək və seçməkdir. Bütün işlərdə istədiyiniz nəticəyə nail ola bilməyəcəksiniz. Müqaviməti dəf edin, tənbəlliyə qapılmayın. Sonucdan razı qalana qədər çalışın.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər