11 İyun 2014 00:10
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı, “Bakı” FK-nın prezidenti Hafiz Məmmədov İngiltərənin “Şeffild Uensdey” klubunu alıb.

Teleqraf.com bildirir ki, bu haqda klub saytında klub prezidenti Milan Mandariç məlumat verib.

Xarici mətbuat xəbər verir ki, serbiyalı milyarder 50 milyon avro müqabilində klubun səhmlərini Hafiz Məmmədova satıb.

Hafiz Məmmədov, həmçinin bu il Fransanın I Liqasında mübarizə aparacaq “Lans” klubunun da sahibidir.

Yeri gəlmişkən, yerli mətbuatın iş adamının biznesinin böhran keçirdiyi barədə çeşidli xəbərlər verməsi fonunda Hafiz Məmmədovun İngiltərə klubunu satın alması birmənalı qarşılana bilməz. Çünki Hafiz Məmmədovun Azərbaycanda sahibi olduğu "Bakı" klubunda aylardır futbolçuların maaşı verilmir. Bununla bağlı futbolçular açıq-aşkar narazılıqlarını bildirirlər. /anspress/


Müəllif: