15 Fevral 2016 11:01
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Apellyasiya Şurası yaradılıb.

Bu barədə Teleqraf.com-a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrasına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunda Apellyasiya Şurası yaradılıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi 7 nəfərdən ibarət Apellyasiya Şurasına Fondun məsul əməkdaşları daxildir. Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.


Müəllif:

Oxşar xəbərlər