Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Düzgün ixtisas – düzgün mütəxəssis” layihəsi çərçivəsində Gəncə və Samux mətkəblərində abituriyentlərlə silsilə görüşlər keçirilib.
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Təşkilatından Teleqraf.com-a verilən məlumata görə, layihə rəhbəri YAP Yasamal rayon Təşkilatının Gənclər Birliyinin siyasi şurasınız üzvü Şahin Şərifov bildirib ki, ölkədə aparılan gənclər siyasəti öz töhvələrini verməyə davam edir. Onun fikrincə, gənclər onlar üçün yaradılan şəraitdə düzgün yararlanmalı və gələcək fəaliyyətlərini qurmalıdırlar.
O, ixtisas seçiminin bu məsələdə önəmli olduğunu vurğulayıb. Yüzlərlə gəncin iştirak etdiyi görüşlərdə ixtisas seçimi aparılarkən diqqət yetirilməli olan məqamlardan danışılıb.
BDU-da fəaliyyət göstərən “IN Club”ın sədri Nəcməddin Sofıyev ixtisas seçiminin dərinlikləri və yanlış seçimin fəsadlarından bəhs edib.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
NİGAR