Son illər atmosferin həddindən artıq çirklənməsi insanların sağlamlığına da öz təsirini göstərir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hər il 5,5 milyon insan havanın çirklənməsinin qurbanı olur. Mütəxəsislərin fikirincə, bu hal getdikcə artmaqda davam edir.
Amerikanın Elmi İnkişaf Dərnəyinin məlumatına görə, 2013-cü ildə Çində 1.6 milyon, Hindistanda isə 1.4 milyon havanın çirklənməsi və bunun nəticəsində yaranan xəstəliklərdən ölüb.
Hindistanda buna əsas səbəb kimi kömür göstərilir. Vaşınqtonda keçirilən konfransa qatılan mütəxəsislər tədbirlərin görülməyəcəyi təqdirdə ölüm hallarının artacağını bildiriblər.
Kanadalı professor Dr. Mixael Baruer açıqlamasında havanın çirklənməsinin vaxtından əvvəl ölümə yol açan səbəblər arasında dördüncü olduğunu qeyd edib. İlk üçlükdə isə yüksək təzyiq, pis qidalanma və siqaret gəlir.
Ramal