16 Fevral 2016 13:27
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında" Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanının ləğv edilməsi barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Teleqraf.com-un məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: “Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 9-10, maddə 174) ləğv edilsin".


Müəllif:

Oxşar xəbərlər