11 İyun 2014 13:08
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) Bakıda, respublikanın rayon və şəhərlərində bərbər, qaynaqçı, tikişçi, dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, qənnadçı peşələr üzrə 77 peşə hazırlığı kursu təşkil edilib.

DMX-dən Teleqraf.com-a verilən məlumatına görə, kurslardan 72-i ənənəvi, 5-i modul təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb.

Kurslara ümumilikdə 1409 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub. Onlardan 608 nəfəri DMX-nin tabeliyində olan və peşə təlimi üçün müvafiq maddi-texniki bazaya malik Bakı Regional Peşə Tədris Mərkəzində və Göyçay Peşə Tədrisi Mərkəzində peşə təlimi keçib.

Naibə


Müəllif: