11 İyun 2014 14:30
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” adlı konfrans keçirilib.

Tədbirə Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyi dəstək göstərib.

Millət vəkili Q.Paşayeva bildirib ki, hazırda Macar Turan fondunun nümayəndələri Azərbaycanda səfərdədir. Onun sözlərinə görə, fond Macarıstanda böyük təşkilatlardan biridir: “Azərbaycan, Qarabağ həqiqətlərinin yayaılmasında bu fond təbliğat işlərini uğurla həyata keçirir. Avropanın içərisində Qarabağla bağlı təbliğat işini aparmaq elə də asan deyil. Biz bütün bunlara görə onlara təşəkkür edirik”.

Q.Paşayeva deyib ki, Macar Turan Fondunun səfərində əsas məqsədlərdən biri Azərbaycanda yerli QHT-lərlə əlaqələri genişləndirməkdir. Onun sözlərinə görə, bu yaxınlaşma həm ölkələrimiz, həm də təşklatlarımız üçün önəmlidir. Daha sonra Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında verdiyi dəstəyə görə Androş Z.Biro mükafata layiq görülüb.

BƏXTİYAR


Müəllif: