18 Fevral 2016 16:11
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Quba şəhərində “XXI əsr Multikulturalizmin Azərbaycan Modeli “ adlı konfransı keçirilib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, konfransın əsas məqsədi gənclər arasında Azərbaycan hökumətinin din siyasəti, demokratik dövlət quruculuğu kursunu, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipini təbliğ etməkdir.

Konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki, multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik kimi dəyərləri təşkil edir və bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Sözügedən konfrans region gəncləri adından ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini həmçinin 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili”nə dəstək xarakteri daşıyır.

Konfransda həmçinin Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev, Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin regional bölməsinin rəhbəri Eynulla Nurullayev, Qırmızı Qəsəbə Dağ yəhudiləri icmasının sədri Yurik Naftaliyev, MollaHud Məscidi dini icmasının sədri İlkin Qayıbov, Bilik Fondunun Quba rayon nümayəndəsi Sara Məmmədova, Rus icmasının nümayəndəsi Azer Panamarcuka çıxış edərək multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın mədəniyyətlərin və sivilizasiyaların dialoqunun mərkəzinə çevrildiyini qeyd ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər