11 İyun 2014 14:33
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların payı artıb. Bu artım xüsusən qeyri-büdcə təşkilatları üzrə yığımlarda müşahidə edilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev məlumat verib.

DSMF sədri bildirib ki, 2014-ci ilin ilk 5 ayının nəticələrinə görə, DSMF-nin topladığı məcburi dövlət sosial sığorta haqları 664,7 milyon manat olub, bunun da 64,7 faizi və yaxud 430,1 milyon manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11,8 faiz artıb, qeyri-büdcə təşkilatları üzrə artım isə 13,6 faiz olub.

Elman Mehdiyev deyib ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunub”.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. Cari ilin ilk 5 ayı ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1166,4 milyon manat vəsait yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 154,1 milyon manat və ya 15,2 faiz çoxdur.

Naibə


Müəllif: