18 Fevral 2016 21:35
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov fevralın 18-də Cəlilabad şəhərinin Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan bir qrup sakini qəbul edib.

Vətəndaşların müraciətləri əsasən müddətli həqiqi hərbi xidmətə çağırılacaq övladlarının xidmət yeri, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və şəhid statusunun verilməsinə köməklik göstərilməsi ilə bağlı olub.

General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə tabeliyindəki müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.


Müəllif:

Oxşar xəbərlər