Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına sənəd qəbulunun vaxtı uzadılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, sənəd qəbulu 20 fevral saat 12:00-dək davam edəcək.
Dövlət Komissiyası 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak etmək üçün sənəd qəbuluna fevralın 10-dan başlayıb. Sənəd qəbulu bu gün başa çatmalı idi.