19 Fevral 2016 18:10
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycandan olan təmsilçiləri Türkiyəyə yola düşüb.

Qarabağ Azadlıq Təşkilatından verilən məlumata görə, fevralın 20-də Türkiyənin İzmir şəhərində forumun ikinci toplantısı keçiriləcək. İrandan 4 nəfərlik nümayəndə heyəti forumun toplantısına müşahidəçi qismində qatılacaq, digər ölkələrdən də nümayəndələrin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, forumun təsis konfransı ötən ilin dekabrın 29-da Bakıda keçirilib, forumun yaradılmasına dair bəyannamə elan olunub. İzmirdə keçiriləcək ikinci toplantıda təsis bəyannaməsinin imzalanması, həmçinin bir sıra aktual məsələlərin, o cümlədən ATƏT Minsk qrupunun fəaliyyəti, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və digər məsələlərin müzakirəsi, qərarların qəbulu nəzərdə tutulur. Forum üzvləri İzmir toplantısından sonra –fevralın 21-26-da İzmir, Ankara, Sakarya, İzmit, İstanbul şəhərlərində bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirəcək, Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək, İstanbul yürüşünə qatılacaqlar.

Qeyd edək ki, forumun yaradılmasında məqsəd Qarabağ həqiqətlərinin təbliği, qondarma “erməni soyqırımı” iddialarının ifşası, regionun Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və digər münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, təmsilçilərinin foruma qatıldığı ölkələr arasında xoş münasibətlərin inkişafına kömək göstərilməsi və bu məqsədlərə nail olmaq üçün QHT-lərin fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir. Forumda Azərbaycan, Türkiyə və Gürcüstandan 50-yə qədər qeyri-hökumət təşkilatı təmsil olunur. Forumun fəaliyyətinə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək verilir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər