Azərbaycanda bir gündə 3 nəfər zəhərlənib.
Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 19-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Ülkər Abdullayeva, Cəlilabad rayonunun Sabirabad kəndində yaşayan Sevinc Əzizova dərmandan, Gəncə şəhər sakini Barat Dadaşov isə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.
Araşdırmalar aparılır.