25-27 aprel tarixində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri ilə əlaqədar BMT SA-nın nümayəndə heyəti fevralın 22-də Bakıya səfərə gəlib.
Teleqraf.com Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saadın rəhbərliyi ilə 13 nəfərlik nümayəndə heyəti bir həftə müddətində paytaxtımızda olacaq.
Səfər çərçivəsində Nümayəndə heyəti Forumun keçiriləcəyi məkanlar olan Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzinə baxış keçiriləcək, Forumun Təşkilat Komitəsinin iclasında iştirak edəcək, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyində görüşlər keçirəcək, habelə Bakı Dövlət Universitetində və ADA Universitetində təqdimatlarla çıxış edəcəklər.
İlhamə