“ASAN xidmət” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası davam edir.
Dünəndən etibarən Səyyar ASAN xidmət Bakı şəhəri Sabunçu rayonunda yerləşən 252 saylı orta məktəbin qarşısında məktəblilərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb.
Bakı Şəhər Təhsil İdarəsindən Teleqraf.com-a bildirilib ki, aksiya çərçivəsində 15 gün müddətində səyyar avtobus vasitəsilə Sabunçu rayonunda yerləşən 13 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır. Bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə etməsini nəzərdə tutur.
Aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
SEVİL